Bütün Bələdçilər
XÜSUSİ PROQRAM TƏMİNATI • B2B BƏLƏDÇİ

Hazır Proqram, Excel, yoxsa Fərdi Sistem? Biznes üçün Doğru Proqram Təminatı Seçimi

RW
RoyalWares Mühəndislik Komandası B2B Proqram Arxitekturası və Sistem İnteqrasiyası

Excel cədvəllərinin şişdiyi, müştəri məlumatlarının menecerlərin şəxsi telefonlarında it-bata düşdüyü mərhələdə şirkət üçün ən optimal proqram təminatı seçimi.

1. Hazır Qutu Həlləri vs Fərdi Sistem: Real Fərq Nədir?

Bir çox biznes fəaliyyətə standart həllərlə başlayır. Lakin komanda böyüdükcə və sifariş həcmi artdıqca hazır proqramların məhdudiyyətləri birbaşa maliyyə və vaxt itkisinə səbəb olur.

Excel-də məlumat təhlükəsizliyi sıfıra bərabərdir, formullar asanlıqla pozulur. Xarici SaaS platformalarında isə istifadəçi sayı artdıqca dollarla ödənilən abunə haqları şirkətə daimi yük olur. RoyalWares fərdi biznes proqramı isə şirkətin öz mülkiyyətinə çevrilir və 100% sizin iş axınınıza uyğunlaşdırılır.

  • Məlumat təhlükəsizliyi: şirkətə məxsus qapalı verilənlər bazası və rollara görə giriş hüququ.
  • Daimi abunə haqqı yoxdur: birdəfəlik lisenziya və şəxsi mülkiyyət.
  • Yerli inteqrasiyalar: yerli banklar, SMS, WhatsApp, Telegram və daxili API-lər.
  • İnsan xətası minimuma enir: sistem icazəsiz və səhv əməliyyatların qarşısını alır.

2. Şirkətinizə Fərdi Proqram Təminatının Lazım Olduğunu Göstərən 4 Əlamət

Əgər gündəlik fəaliyyətinizdə aşağıdakı hallardan ən azı ikisi baş verirsə, artıq standart cədvəllərdən sistemli proqrama keçmək vaxtıdır:

  • İşçilər eyni məlumatı vatsapdan qeyd dəftərinə, ordan da Excel-ə köçürməyə saatlarla vaxt sərf edir.
  • Satış meneceri işdən çıxanda müştəri tarixçəsi və danışıq qeydləri onunla birlikdə gedir.
  • Qiymət səhv vurulanda və ya sifariş unudulanda bunu kimin və nə vaxt etdiyini audit loqu olmadan tapmaq mümkün olmur.
  • Rəhbərlik günün və ayın maliyyə nəticəsini anında görmək üçün saatlarla hesabat gözləməli olur.

3. Fərdi Biznes Proqramı Necə Qurulmalıdır?

Mühəndislik nöqteyi-nəzərindən etibarlı biznes proqramı yalnız vizual interfeys deyil, arxitekturadır:

Rollara Əsaslanan Giriş (RBAC) sayəsində hər əməkdaş yalnız öz səlahiyyətinə aid pəncərəni görür. Audit loqları bazada edilən hər bir dəyişikliyi saniyəsinə qədər qeyd edir. Avtomatlaşdırılmış ehtiyat nüsxələmə (backup) isə server qəzası zamanı belə məlumat itkisini sıfırlayır.

4. Qiymətlər və Tətbiq Paketi: Şəffaf Çərçivə

RoyalWares xidmət kataloqunda başlanğıc qiymətlər və texniki təhvil sərhədləri əvvəlcədən təsbit olunur:

  • START Paketi (1500 AZN-dən): 1 əsas biznes modulu, sadə admin paneli, istifadəçi girişi, baza təhlükəsizlik, server quraşdırması, 14 günlük texniki zəmanət.
  • BUSINESS Paketi (3000 AZN-dən): 3–5 əsas modul, idarəetmə dashboard-u, fərqli istifadəçi rolları, bildirişlər, API inteqrasiya bazası, admin təlimi və 30 günlük zəmanət.
  • ENTERPRISE: Çoxsaylı filiallar, CRM/ERP inteqrasiyaları və fərdi arxitektura üçün xüsusi hesablanır.
ƏLAQƏLİ XİDMƏT MƏRKƏZİ

Bu həll şirkətinizdə necə tətbiq olunur?

RoyalWares mühəndisləri tərəfindən icra olunan tam xidmət ssenariləri və çatdırılma mərhələləri ilə tanış olun.

Xidmətin Ətraflı Təqdimatına Baxın

SUAL-CAVAB

Tez-tez Verilən Suallar

Proqram hazır olduqdan sonra hər ay lisenziya haqqı ödəməliyəm?

Xeyr. RoyalWares tərəfindən hazırlanan xüsusi proqramlar şirkətinizin mülkiyyətinə çevrilir. Xarici SaaS kimi hər işçiyə görə aylıq dollarla abunə haqqı ödəmirsiniz.

Proqramın hazırlanması nə qədər vaxt aparır?

START paketləri adətən 10–18 iş günü, daha geniş BUSINESS sistemləri isə 3–6 həftə ərzində sınaqdan keçirilərək təhvil verilir.

Mövcud Excel bazamızı yeni proqrama köçürmək mümkündürmü?

Bəli. İlkin mərhələdə cədvəllər strukturlaşdırılır, dublikatlar təmizlənir və yeni təhlükəsiz bazaya avtomatik miqrasiya edilir.

B2B ƏMƏKDAŞLIQ

Biznesiniz üçün Fərdi Proqram Planını Müəyyən Edin

Excel və kağız xaosundan çıxmaq üçün cari prosesinizi bizimlə bölüşün, texniki həlli birlikdə layihələndirək.

Digər B2B Bələdçilər

Bizə WhatsApp-da yazın